Bələdiyyədə qərarların qəbul edilməsi prosesində necə iştirak edək?

Bələdiyyədə qərarların qəbul edilməsi prosesində necə iştirak edək?

Feqan Abbasov
Feqan AbbasovVətəndaşların öz bələdiyyələrinin idarəetmə prosesində tam iştirakı onların sadəcə seçkilərdə iştirak etmələri ilə mümkünsüzdür və bələdiyyə orqanlarının işləməsinə, onların qərar qəbul etmə prosesinə maraqlanan şəxslərin və ictimai qrupların əlavə qoşulma mexanizmlərinin qanunvericiliklə təmin olunması çox aktualdır.

Yerli özünüidarəetmə məcəlləsinə əsasən, bələdiyyə şuralarının (Sakrebulo) və şura komissiyasının iclasları ictimaidir. İstənilən şəxsin əvvəlcədən xəbərdarlıq etmədən bələdiyyə şurasının, həmçinin bələdiyyə komissiyasının iclaslarında iştirak etmək hüququ vardır və bunun üçün əvvəlcədən hər hansısa icazə almağa ehtiyyac yoxdur.

Bələdiyyənin qanuni öhdəliklərinə əsasən,  bələdiyyə şuraları və toplantılarında iştirak etmək istəyən insanlar üçün iclas salonlarında yerlər ayrılmalıdır. Toplantıda iştirak etmək istəyən insanların sayları onlar üçün iclas salonunda ayrılan yerlərin sayından çox olduğu təqdirdə, şura idarəsi malik olduğu texniki imkanlardan istifadə edərək iclasda iştirak edən insanlar  üçün iclası dinləmək imkanı yaratmalıdırlar.

İclasda iştirak edən şəxslər əvvəlcədən xəbərdarlıq etmədən, lakin iclas sədrinin razılığı ilə qaydalar çərçivəsində məruzəçiyə suallar vermək, izahat və bəyanat bildirmək, məlumat təqdim etmək hüququna malikdirlər.

Yerli özünüidarəetmə məcələsinə əsasən, seçilən şəxslər - bələdiyyə sədri və bələdiyyə şura üzvləri 1 noyabr tarixini keçməmək şərti ilə, ən azı il ərzində bir dəfə seçicilərlə ictimai görüş təşkil etməli, seçicilərə bələdiyyənin gördüyü işlər barədə hesabat təqdim etməli və seçicilər tərəfindən ünvanlanan sualları cavablandırmalıdırlar.

Bələdiyyə ərazisində qeydiyyat keçmiş seçicilər bələdiyyə sədrinin/merinin və sakrebulo üzvünün ictimai hesabat müzakirəsində mədudiyyətsiz iştirak etmək hüququna malikdir. Bu cür görüşdə iştirak edə bilməyən seçicilərin isə seçdikləri şəxsin təqdim etdikdən sonra 10 gün ərzində dərc olunacaq gördüyü işlər haqqında olan ictimai hesabatla tanış olmaq imkanı olacaq.

2015-ci ildən etibarən yerli özünüidarəetmə məcəlləsində edilən dəyişikliklər nəticəsində „Mülki məşvərət şurasının’’ yaradılması bütün bələdiyyələr və meriyalar üçün vacib sayılır. Əvvəlki illərdə məşvərət şurasının yaradılması sərbəst idi, lakin vətəndaşların bu iştirak formasından istifadə vacib sayılmırdı.

Mülki məşvərət  şurası bələdiyyənin/meriyanın və Tbilisi rayon bələdiyyələrinin məsləhət orqanıdır. Mülki məşvərət şurasının tərkibinə daxildirlər: hüquqi şəxslərin, QHT-lərin (Qeyri Hökümət Təşkilatları) və bələdiyyə əhalisinin nümayəndələri.

Mülki məşvərət şurasının ən azı 10 üzvü olmalıdır və onun tərkibini və işini müəyyən edən nizamnaməni bələdiyyə sədri/meriya, həmçinin, Tbilisi rayon sədri təstiq edir. Qanun müəyyənləşdir ki, Məşvərət şurasında gender bərabərliyi nəzərə alınmalıdır:  Şuranın tərkibindəki hər hansı bir cinsin nümayəndələri şura üzvlərinin 1/3 -dən az olmamlıdır - bu öhdəlik yerinə yetirilmədiyi təqdirdə şura səlahiyyətsiz hesab edilir.

Bələdiyyə sədri və mer mülki məşvərət şurasına bələdiyyənin büdcə layihəsini, məkan-planlaşdırılma sənədlərini, coğrafi obiyektləri adlandırma haqqında təklifləri, həmçinin inzibati və hüquqi aktları, sosial və infrastruktur proektlərini təqdim etməlidir.

Mülki məşvərət şurası ən azından 3 ay müddətində bir dəfə toplanmalıdır və onun qərarı iclas protokolu şəkilində qəbul edilir. Bələdiyyə orqanları məşvərət şurası protokolunu iclas günündən 10 gün müddətində dərc etmək  öhtəliyi daşıyırlar.

Necə ki, birbaşa seçilən bələdiyyə sədri/meri üçün, eləcə də Tbilisi rayonunda rayon əhalisi tərəfindən seçilən hər hansısa bir nümayəndə orqanına malik olmayan, paytaxt meri tərəfindən təyin edilən sədr üçün, vətəndaşların bu iştirak forması cəmiyyətlə, xüsusilə də, onun kiçik sosial və müxtəlif maraqları olan qruplarıyla səmərəli ünsiyyət instrumenti ola bilər.

Close