Narmina Guseinova
Avropa Parlamentində 2 fevral tarixində baş tutan sessiya iclasında iştirak edən deputatlardan 553-ü Gürcüstan vətəndaşları üçün viza rejiminin liberallaşdırmasının tərəfini tutmuş, 66 deputat isə qarşı çıxmışdır. Beləliklə, səs çoxluğu ilə, Avropa Parlamenti Gürcüstan üçün viza rejiminin liberallaşdırılıması qərarını almışdır.
Avropa Parlamentində (European Parliament) Avropa Birliyinin 28 ölkəsində birbaşa ümumi səsvermə ilə seçilmiş ümumilikdə 732 deputat var. Avropa Parlamentinin səlahiyyətinə ümumi Avropa qanunvericiliyi, büdcə və icraçı orqanlara nəzarət daxildir.
Prosedurlara əsasən, Avropa Parlamentinin siyasi qərarını Avropa Birliyi Şurası təsdiq etməlidir.
Avropa Birliyi Şurası (The Council of the European Union) qərarları qəbul edən əsas institutdur. O, üzv ölkələrin qanun qəbul etmə və siyasi koordinasiya məqsədli toplaşan nazirləri birləşdirir. Şura Avropa Birliyinin qərarlarını qəbul edir, birlik ölkələrinin geniş iqtisadi siyasətini istiqamətləndirir, başqa ölkələrlə razılaşmalar imzalayır, birliyin illik büdcəsini təsdiq edir, ümumi xarici və müdafiə siyasətini formalaşdırır, üzv ölkələrin məhkəmə və polis əməkdaşlığını istiqamətləndirir.
Avropa Birliyi Şurasının qərarı qanunvericilik jurnalında yayımlanmalıdır. Vizasız rejim qanunvericilik jurnalında yayımlandıqdan 20-ci gün qüvvəyə minəcəkdir.
Viza rejimin liberallaşdırılması prosesi uzunmüddətli idi. Gürcüstan Avropa Birliyi ilə assosiyasiya müqaviləsini 2014-ci ildə imzalamış və viza rejiminin liberallaşdırılması haqqında hərəkət planı yaradılmışdır. İlk etapda gürcü qanunvericiliyi Avropa Birliyinin qanunvericiliyinə yaxınlaşdı. İkinci ərəfə artıq Avropa qanunvericiliyinə yaxınlaşmış gürcü qanunlarını icra etmək və ona monitorinqi nəzərdə tuturdu. Avropa Birliyi hərəkət planı çərçivəsində verilmiş qanunların yerinə yetirilib-yetirilməməsini müşahidə edir və bundan sonra Gürcüstan üçün Avropa Birliyi ölkələrinə vizasız gediş-gəliş rejiminin verilməsi məsələsini də qərarlaşdıracaqdı.
Avropa Birliyinin üzv ölkələri “dayandırmaq mexanizmini” qəbul etmişdir. Bu onu nəzərdə tutur ki, Avropa Birliyinin üzv dövləti, onun, 6 ay ərzində 3-cü ölkənin vətəndaşları ilə bağlı müəyyən bir problemi yaranar və bununla özü başa çıxa bilməzsə, 3-cü ölkənin vizasız rejimini müvəqqəti dayandırmaq üçün Avropa Komissiyasına xahişlə müraciət etmək haqqına malikdir. Əgər Komissiya Avropa Birliyinin üzv ölkəsinin tələbini kifayətləndirərsə, 3-cü ölkəylə vizasız rejim 6 ay müdəttliyinə dayanacaqdır.
Gürcüstan bütün tələbatları yerinə yetirdikdən və Avropa ölkələri dayandırmaq mexanizmi üzərinə razılaşdıqdan sonra 2016-cı ilin 18 dekabr tarixində Avropa Komissiyası Gürcüstan üçün viza rejiminin liberallaşdırılması barədə müsbət məsləhət (rekomendasiya) vermişdir.
Avropa Komissiyası (European Commission) nazirlər kabineti kimi fəaliyyət göstərir. O, komissar adlanan 28 üzvdən ibarətdir. Komissiya üzvlərini üzv ölkələr 5 il müddətliyinə ümumi razılaşma əsasında təyin edirlər. Komissiyanın tərkibini Avropa Parlamenti təsdiq edir. Komissiyanın səlahiyyətlərinə qanunverici təşəbbüslər, birlik siyasətinin idarəsi və icrası, büdcənin idarəsi, birliyin xarici əlaqələri, müqavilələrin yerinə yetirilməsini nəzarət etmək daxildir.
Viza rejimi ləğv olunduqdan sonra biz Gürcüstan vətəndaşları Şengen zonası və onun 4 namizəd ölkələri olan Rumıniya, Bolqarıstan, Xorvatiya və Kıbrısa azad şəkildə səyahət edəcəyik, həmçinin, İslandiya, Lixtenşteyn, Norveç və İsveçrəyə də vizasız gediş-gəliş mümkün olacaqdır. Gürcüstan vətəndaşlarına Böyük Britaniya və İrlandiyaya getmək üçün viza lazım olacaqdır.
Viza rejiminin liberallaşdırılmasının bizə nə gətirəcəyi barədə əvvəlki yazımızda yazırıq
http://www.ivote.ge/blog/23291-avropaya-vizasz-gedi-gli-2017-ci-ildn.html?lang=ka-GE