Ümumi qəsəbə iclası

Ümumi qəsəbə iclası

Narmina Guseinova

Narmina GuseinovaÖtən il yerli özünüidarəetmə məcəlləsinin vətəndaşların özünüidarəetmədə iştirakına aid olan hissəsi dəyişdi. Yeni qanuna əsasən, bələdiyyələrin hamısında əhali özünütəşkili və yerli özünüidarəetməni həyata keçirməkdə vətəndaşların yeni iştirak forması ümumi qəsəbə iclası yaradılacaq.

Qanuna əsasən, ümumi iclasın üzvü qəsəbədə qeydiyyatdan keçmiş seçici sayılır, lakin, məsləhət səsi hüququyla, həmçinin, qəsəbənin ərazisində yerləşən daşınmaz əmlak sahibləri və bu qəsəbədə yaşayan digər həddi-büluğ yaşına çatmış şəxslər də iştirak hüququna malikdirlər.

Ümumi iclasın işinin getməsi üçün iclas üzvləri seçərək öz tərkibindən namizədliyi üzvlərin ən azı 5%-i tərəfindən sadalanma hüququna malik olan seçilmiş şəxsi təyin edirlər. Seçilmiş şəxs ümumi iclası aparır, qərarın müvafiq bələdiyyə orqanına təqdim olunmasını təmin edir, həmçinin, iclasın ayrıca tapşırıqlarını yerinə yetirir.

Maraqlıdır ki, seçilmiş şəxsin növbəti iclasın keçirilməsinə qədər səlahiyyəti var və yeni seçilmiş şəxs seçməyənəcən o avtomatik olaraq davam edir. Seçilmiş şəxs üçün səlahiyyəti avtomatik davam etdirmək üst-üstə 5 dəfədən çox olmadan olar, sonra isə mütləq yeni şəxs seçilməlidir.

Ümumi iclasda qəsəbənin əhəmiyyətli sosial və iqtisadi məsələləri müzakirə olunur və bələdiyyə orqanına təqdim etmək üçün müvafiq təkliflər hazırlanır, həmçinin, qəsəbə ərazisində həyata keçəcək layihələr hələ yerli büdcədə əksini tapana kimi müzakirə olunur ki, əhalinin bələdiyyə orqanına sübut olunmuş qeyd və təkliflər təqdim etmək imkanı olsun.

İclasda bələdiyyədə hazırki və həyata keçəcək layihələr müzakirə oluna və bu barədə əhalinin qeyd və təklifləri hazırlana bilər.

İclasda qəsəbə üçün əhəmiyyətli məsələlərin həllinin təşkili baş tutur, məsələn, ərazinin təmizlənməsi, xeyriyyə işi, infrastruktur təmiri və səliqəyə salmaqda yerli əhalinin könüllü qoşulması.

Bələdiyyə orqanlarının təşəbbüsü ilə iclas qəsəbə ərazisində mövcud olan bələdiyyə əmlakının özəlləşdirmə obiyektləri siyahısına daxil etmək məsələsini müzakirə və öz qeydlərini ifadə edə, qəsəbə sərhədini təyin etmək və dəyişmək, həmçinin, sədrin/merin ümumi iclasda müzakirəyə qoyacağı istənilən digər məsələ barədə düşünə bilər.

İclas bələdiyyə sakrebulosuna öz adından petisiya təqdim edə bilər və belə vəziyyətdə bunun üçün imzalar yığmağa ehtiyyac yoxdur.

Qanuna əsasən, bələdiyyə orqanları ümumi iclasın qərarlarını müzakirə etməli və müzakirə nəticələri barədə sübut olunmuş cavabı, qanunla müəyyən edilmiş müddətdə, iclas üzvləri ya seçilmiş şəxsə bildirməlidir.

Ümumi iclas keçirmək hüququna ümumi iclasın seçilmiş şəxsi kimi, həmçinin, qəsəbədə qeydiyyatdan keçmiş seçicilər və bələdiyyə sədri/meri – öz təşəbbüsü ya bələdiyyə sakrebulosunun vasitəçiliyi ilə - malikdir.

Əgər ümumi iclası qəsəbə sakinləri keçirmək istəyirsə, o zaman orda qeydiyyatdan keçən ən azı üç seçici tərkibi ilə təşəbbüs qrupu yaradılır və sədrə/merə yanında gündəmin konkret formalaşmış məsələlər əlavəsi olan ərizə təqdim edir. Bələdiyyə sədrliyi/meriyası bu təşəbbüsü qeydiyyatdan keçirir və 3 iş günü müddətində təşəbbüs qrupuna qeydiyyat arayışı verəcək, qeydiyyat haqqında məlumatı və ümumi iclasın gündəmini ictimaiyyət üçün dərc edəcəkdir.

Qeydiyyat arayışını alan günündən təşəbbüs qrupu ümumi iclasın keçirilməsi təşəbbüsünü dəstəkləyən seçicilərin siyahısını tutmağa və onların imzalarını toplamağa başlayır. Bir ay müddətində təşəbbüs qrupu sədrə/merə içində iclasın keçiriləcək tarixi, zamanı və məkanı bildirən və qəsəbədə qeydiyyatdan keçmiş seçicilərin ən azı 5%-nin imzalı siyahısı əlavə edilmiş ümumi iclasın keçirilməsi haqqında ərizə təqdim etməlidir.

Ərizəni təqdim etdikdən sonra 5 iş günü müddətində bələdiyyənin sədri/meri ya onun tərəfindən səlahiyyətlənmiş məmur iclasın keçirilməsi barədə məlumatın qeydiyyat arayışını verir, bundan sonra ümumi iclas topalnmağa səlahiyyətlidir. Ümumi iclasın keçirilməsi tarixi kimi ərizənin təqdim olunmasından 15-ci gündən tez olmayan gün müəyyən oluna bilər. Ümumi iclasın gündəmi və keçirilməsi tarixi, zamanı və məkanı barədə məlumatı bələdiyyə 3 gün müddətində ictimaiyyət üçün dərc etməlidir.

Ümumi iclası seçilmiş şəxs ya sədr/merin keçirdiyi zaman, belə təşəbbüs üçün bələdiyyə sədr/merinin qeydiyyatı ya dəstəkləyənlərin imzalarını toplamağa ehtiyyac yoxdur, lakin, iclasın gündəmi, keçirilmə tarixi, zamanı və məkanı barədə məlumat qeydiyyatdan keçir və ictimaiyyət üçün dərc olunur. Bələdiyyə sədr/merinin ümumi iclas gündəminə seçilmiş şəxsin dəyişilməsi məsələsini daxil etmək hüququ yoxdur.

Ümumi iclasın keçirilməsi təşkilini və onun keçirilməsi barədə məlumatın qəsəbədə yayılmasını bələdiyyə sədr/meri və təşəbbüs qrupu, həmçinin, əgər o vaxta qədər seçilmişsə, seçilmiş şəxs təmin edirlər.

Seçilmiş şəxsin seçildiyi qəsəbələrdə bələdiyyə sədr/meri ildə ən azı 2 dəfə öz təşəbbüsü ilə ümumi iclasın keçirilməsini təmin etmək öhdəliyinə malikdir.

Ümumi iclasın səlahiyyətli olması üçün orda ümumi iclas üzvlərinin ən azı 20%-i iştirak etməlidir. İştirak edən üzvlərin qeydiyyat təşkilini təşəbbüs qrupu ya/və bələdiyyə sədrliyi/meriyasının səlahiyyətli məmuru ya ümumi iclas üzvlərinin özləri təmin edir.

Təşəbbüs qrupu tərəfindən iclasın keçirildiyi zaman ümumi iclasın işini bu qrupun ərizədə birinci imzası olan üzvü, onun olmadığı təqdirdə isə qrupun digər üzvü ya, qrupun razılığı ilə, bələdiyyə sədrliyi/meriyasının səlahiyyətli məmuru aparır, iclas protokolu yazan katibin funskiyasını təşəbbüs qrupunun hansısa üzvü yerinə yetirir. Əgər ümumi iclası sədr/mer keçirirsə, iclasın işini aparan və protokol yazan şəxs sədrlik/meriyanın səlahiyyətli məmurudur.

Belə hal iclasın ilk dəfə keçirildiyi ya seçilmiş şəxsin seçilmiş olmadığı zamanlarda baş verir. Seçilmiş şəxsin seçildiyi qəsəbədə ümumi iclasın işini o aparır, ümumi iclas katibinin funksiyasını da özü, ya da onun tərəfindən səlahiyyətlənmiş şəxs yerinə yetirir.

Ümumi qəsəbə iclası qərarları ümumi iclas iştirakçısı üzvlərinin səs çoxluğu ilə qəbul edir. Səsvermə, bir qayda olaraq, əl qaldırmaqla baş tutur, lakin, iclas digər səsvermə formasını da təyin edə bilər. Ümumi iclas qəsəbənin ayrıca hissələrində mərhələ-mərhələ keçirildikdə ümumi iclasın iştirakçı ümumi iclas üzvlərinin bütün səsləri toplanır.

Ümumi iclasda içinə nömrəsi, iclasın keçirilmə tarixi və məkanı, iştirakçı ümumi iclas üzvlərinin sayı, müzakirə olunan bütün məsələlər və qəbul edilən qərarlar, və, lazım olarsa, digər məlumat daxil edilən protokol hazırlanır. Protokolu iclası aparmaqda və katib funksiyasını yerinə yetirməkdə məsuliyyətli olan şəxslər imzalayır. İclası aparan şəxs protokolun əslini iclasın keçirilməsindən 7 gün müddətində bələdiyyən sədrlik/meriyasına təqdim edir, bələdiyyə sədrlik/meriyası protokolu ya onun əslini aldığından 10 gün müddətində ictimaiyyət üçün dərc etmək öhdəliyinə malikdir.

Qanuna uyğun olaraq, qəsəbənin hissələrində iclasın keçirilməsi, məsələlər barədə təşəbbüslər, onların müzakirə və səsverməsinin baş tutma prosedurları, seçilmiş şəxsin və katibin hüquq və vəzifələri, seçilmiş şəxsin seçmə proseduru və s. kimi ümumi iclasın keçirilməsi ilə əlaqədar detallı məsələlər bələdiyyə sakrebulosunun qətnaməsi ilə təsdiqlənən tipik ümumi iclas nizamnaməsi ilə tənzimlənir.

Qeydiyyatdan keçmiş seçicilərin sayının 500-ü keçdiyi qəsəbələr üçün bütün əhalənin ümumi iclasını təşkil etmək çətindir, buna görə sakrebulo qəsəbənin ayrıca hissələrində iclasın mərhələ-mərhələ keçirilməsi prosedurunu təyin edə bilər.

Seçicilərin sayının 2000-i keçdiyi  böyük qəsəbələrdə bələdiyyə sakrebulosu qətnamə ilə ümumi iclasın səlahiyyətlərini, onun keçirilmə və iş qaydasını müəyyən edir və həmçinin, bu qəsəbədə bir neçə ümumi iclas yarada bilər.

Close