Petisiya

Petisiya

Pervin Naibov

pervin 1Bələdiyyə (Muniçipalitet) ərazisində qeydiyatda olan seçicilərin ən azı 1 faizi ve  Ümumi Qəsəbə İclasının Şurada (Sakrebuloda) petisiya təqdim etmek hüququ vardır.

Petisiya Bələdiyyə Şurasının sədirinin adına yazılır. 2015 ci ilin iyul ayından, Yerli Özünüidarəetmə  məcələsinə əlave edilmiş dəyşikliklərə müvafiq olaraq, əhalini narahat eden  i stənilən mümkün mövzu petisiya şəklinde teqdim edile bilər. Bu ola bilər:

  • Bələdiyyə Şurasının qətnamə layihəsi;
  • Bələdiyyə Şuranın qətnamə ləhiyəsinin əsas prinsipləri və ya konkret təkliflər;
  • Bələdiyyə üçün və ya/ və yaşayış məntəqəsi üçün əhəmiyyətli mövzunun  Bələdiyyə Şurasının iclasinda öyrənilməsi, müzakirə  və həll edilməsi tələbi;

Petisiya ərizə mətni, məruzəçinin (məruzəçilərin) şəxsi məlumatları (adı, soy adı, ünvanı, əlaqə nömrəsi ve şəxsiyyət sənədinin surəti), təqdim edilmə tarixindən  ibarət olmalıdır və bununla birlikdə Bələdiyyədə qeydiyatda olan seçicilərin imza siyahsı təqdim edilməlidir. İmzalar o halda  lazım deyil ki, əgər petisiyayı Ümumi Qəsəbə İclası qəbul edibsə - onu Bələdiyyə Şurasında seçilmiş biri teqdim edir. Ərizə ilə birlikdə həmçinin Şuranın qərnamə lahiyəsi və ya onun əsas prinsipləri, və ya problememin həll edilməsi  haqqında konkret olaraq tərtib edilmiş tələb, müvafiq səbəbi ilə birlikdə təqdim edilməlidir.

Petisiyayı teqdim eden seçicilərin siyahsında sonrakı məlumatlar göstərilməidir: Bələdiyyə ərazisində qeydiyatda olan seçicilərin adı, soy adı, doğum tarixi ( gün, ay, il), Gürcüstan vətəndaşlığının  şəxsiyyət nömrəsi, qeydiyat yeri və imza.

Bələdiyyə Şurası aparatı üç iş günü ərzində  məruzəçilərə petisiyanın qeydiyatdan keçməsi haqqında arayış verir ki,  qeydiyatdan keçdikdən 10 gün ərzində dərc edəcəkdir. Ancaq, əgər yerli özünüidarəetmə məcəlləsinin tələbləri pozulmuş və ya / və petisiya ilə nəzərdə tutulmuş mövzunun həlli Bələdiyyənin səlahiyyətaitinə ait deyildirsə müraciətçilərin  qeydiyatdan keçiməsinə ola bilsin imtina etisinler. İmtinanin olunmasi halında onun yenidən məhkəmədə baxılması mümkündür.

Petisiya vasitəsi ilə başlatılan normativ aktın lahiyəsinə Bələdiyyə Şurası qətnamənin qəbul edilməsi üçün prosedur qaydalarına baxacaqdır.

Əgər problem Bələdiyyə Şurasının icra hakimiyyətinın rəhbərinin (Qamqeoba) səlahiyətlərinə daxildirsə, Şura bürosu  petisiyaya baxılması üçün  ona göndərə bilər. Bələdiyyənin icra hakimiyyətinin rəhbəri məcburdur ki, petisiyayı qəbul edildikdən bir ay ərzində  petisiyaya baxsın və araşdırma nəricələri haqqında  Bələdiyyəyi və  petisiyanın sahiblərini məlumatlandırsın. Şura bürosunun razılığı ilə bu vaxt bir ay uzadılabilər. Şura icra hakimiyyətinin rəhbərindən   tələb edəbilər ki, o şəxsən Şuranın iclasında petisiyanın araşdırma hesabatını və ya onun haqqında əlavə məlumatı təqdim etsin.

Əgər Büro Bələdiyyə Şurasına petisiyanın öyrənilməsi üçün işçi qrupunun  yaradılmasını təklif etdisə, bir ay ərzində Şura iclasında bu mövzu haqqında müzakirə edilməli və belə bir qrup yaradılmalıdır  və ya mövzunun öyrənilməsini daimi işləyən komisyaya tapşırılmalıdır.

Bələdiyyə Şurasının komisyası və ya işçi qrupu, petisiyanın qəbulundan 15 gün ərzində, onu müzakirə edir və növbəti qərarlardan birini qəbul edir:

  1. Petisiyaya görə Şuranın qətnamə lahiyasi hazırlanmalıdır. Bu cür qərarın alınmasından bir ay ərzində Bələdiyyə Şurasının iclasında lahiyəni müzakirə olunnması üçün teqdim edilir.
  2. Problem öyrənilməli və muzakirə üçün Şuranın iclasına teqdim edilməlidir (əgər petisiya ilə konkret problememin həlli tələb edilmişdirsə). Bu cür qərarı aldıqdan bir ay ərzində petisiya haqqında nəticə və petisiya hazırlanır, neticə ilə birlikdə, müzakirə olunması üçün Bələdiyyə Şurasının iclasına təqdim edilir. Nəticəni aldıqdan bir ay ərzində Bələdiyyə Şurası petisiyada qaldırılmış məsələyə şəxsi hökümünü çıxarır.
  3. Petisiyanın araştırılması Şura iclasında məqsətsiz olaraq nəzərə alınmalıdır. Məlumatın tanınması üçun alınan bu qərar onun alınmasından 15 gün ərzində Bələdiyyə Şurasına təqdim olunur. Ancaq Şura komisyanın və ya işçi qrupunun bu cür qərarıyla olabilsin razılaşmasın və başqa qərar qəbul etsin.

Birinci və ikinci hallarda, Bələdiyyə Şurasının qərarıyla, qanun ilə müəyyən edilmiş vaxt limiti olabilsn bir ay yenə uzadılsın.

Şura komisyası və ya işçi qrupunun iclasında, sonra isə Bələdiyyə Şurasının iclasında petisisyayı təqdim edirlər və Bələdiyyə iclası vaxtı petisiyayla nəzərə alınmış məruzəçi və ya məruzəçilər müşavirə səsverməsi hüququndan  faydalanırlar.

Petisiyanın müzakirəsindən sonra Bələdiyyə Şurası şəxsi qərarını, Ümumi Qəsəbə İclası tərəfindın təqdim edilən petisisyadan başqa, onun qəbul edilməsindən  10 gün ərzində petisiyanın sahiblərini məlumatlandırır. Bu cür hallarda Bələdiyyə orqanları əməkdaşları qanuna əsasən, petisiyanın müzakirəsinin nəticəsi haqqında məlumatı bilavasitə ümumi iclasa- qərarın alınmaslndan biray ərzində və ya seçilmiş birinə – qərarın alınmasından 10 gün ərzində, təqdim etməlidirlər.

Gürcüstanda internetin inkişaf etməsi və buna müvafiq olaraq istifadiçilərin sayının artması   petisiyanın elektron şəklində yaradılmasını təsis etdi, ona imzanın toplanılması və Şurada teqdimatının texniki imkanları, onun təşkil edilməsi üçün daha az vaxt və vəsait teləb edir, bununla bərabər həmçinin, ərazi baxımından təcrid olmuş Bələdiyyələrin və pis iqlim şəraiti hallarinda olduqca əlverişlidir. Məcəllə Bələdiyyə Şurasına ixtiyar verdi ki, Şura petisiyanın elektron şəklində təqdm etmə qaydasını qətnaməsi əsasında təyin etsin.

Close